-
- 11-03-2022, 14:51
- 1 895
"Sanksiyaların təsirinin başlaması üçün vaxt udmaq lazımdır” - Ukraynalı politoloq
Antalyada Ukrayna və Rusiya xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında görüş bu günün ciddi müzakirə mövzularındandır. Bu görüşdən sonra hadisələr necə cərəyan edəcək? Savaşın durdurulması üçün hansı addımlar atılmalıdır?
Ukraynalı siyasi ekspert Olesya Yaxno bu suallarla bağlı fikirlərini News24.az-la bölüşüb.
O bildirib ki, Türkiyənin təşəbbüsü ilə Kuleba ilə Lavrov arasında danışıqlar proqnozlaşdırıldığı kimi, heç bir nəticə vermədi: “ Ukrayna tərəfi atəşkəs və Rusiya ordusunun faktiki olaraq, Ukrayna vətəndaşlarını girov götürdüyü şəhərlərində humanitar dəhlizlərin yaradılmasında təkid etdi. Rusiya tərəfi isə hərbi şantaj və müharibə təzyiqi ilə Ukraynanın qəbuledilməz şərtlərlə təslim olmasını, Krım və Donbasdan imtina edərək, neytral status qəbul etməsində israr etdi. Rusiyanın Mariupolda xəstəxananı və doğum evini, digər yaşayış yerlərini atəşə tutduğu, müharibənin terror fazasına keçdiyi məqamda Lavrov tam ciddiyyətlə bildirdi ki, guya orada Ukrayna hərbçiləri məskunlaşıb, ona görə atəşə tutulub. O bildirdi ki, guya bu, mülki obyektlərin bombalanması deyil, hərbi əməliyyatdır”.
Ekspertin fikrincə, hər şeyə rəğmən, danışıqlar aparılmalıdır: “Çünki Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirinin başlaması və etdiyi ağılsılığın diapazonunu anlamaq üçün vaxt udmaq lazımdır”.
“Bəs, müharibə necə dayandıra bilər” sualını isə Yaxno belə cavablayıb: “Zənnimcə, bunun üçün 3 faktorun birləşməsi gərəkdir. Birincisi, sadəlövh görünsə də, müharibə üçün resursların tükənməsi, çünki müharibə kifayət qədər bahalı bir işdir, bu savaşın hər günü Rusiyaya kifayət qədər baha başa gəlir, ikincisi, Rusiya elitası qədər sadə insanları da vəziyyətin pis olduğunu başa düşməlidirlər. Anlamalıdırlar ki, həyat və müharibə bir-biri ilə sıx bağlıdır və etiraz etməyə başlamalıdırlar. Üçüncüsü isə Qərb Rusiya ilə Ukrayna arasında müharibənin lokallaşdırılmasını düşünməkdən daha çox Ukraynaya hərbi yardım göstərməkdə daha fəal olmalıdır”.