Kuleba: "Atəşkəslə bağlı razılıq əldə olunmadı"
    • 10-03-2022, 14:11
    • 1 266

Kuleba: "Atəşkəslə bağlı razılıq əldə olunmadı"

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi.

News24.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Kuleba 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunduğunu vurğulayıb.

Danışıqların ağır keçdiyini qeyd edən XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb.

Nazir Kuleba bu formatda danışıqların davam etdirilməsinin vacibliyinə də toxunub.