Hulusi Akar Ukraynanın müdafiə naziri ilə telefonla danışdı
    • 11-03-2022, 22:53
    • 1 492

Hulusi Akar Ukraynanın müdafiə naziri ilə telefonla danışdı

Türkiyə və Ukraynanın müdafiə nazirləri Hulusi Akarla Aleksey Reznikov telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər danışıq zamanı atəşkəs elan olunması və humanitar dəhlizlərin açılmasının əhəmiyyətini vurğulayıblar.