-
- 28-02-2022, 11:34
- 865
Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı oldu
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığında Ukraynadakı son vəziyyət müzakirə olunub.
Məlumata görə, Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardımın davam etdirəcəyi ilə yanaşı sülh üçün səy göstərdiyini vurğulayıb. Ukraynalı nazir isə, öz növbəsində, humanitar yardım və sülh səylərinə görə H.Akara minnətdarlığını bildirib.