Ərdoğan Nazarbayevlə görüşdü
    • 12-03-2022, 01:00
    • 1 361

Ərdoğan Nazarbayevlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Adminstrasiyası məlumat yayıb.

Mətbuata qapalı keçirilən görüş 35 dəqiq davam edib.

Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.