-
- 12-03-2022, 13:10
- 1 969
"Ermənistanın xarici işlər naziri ilə görüş səmərəli keçdi"- Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü müsbət qiymətləndirib.
O, mətbuata açıqlamasında görüşün səmərəli keçdiyini bildirib.
M.Çavuşoğlu, həmçinin Azərbaycanın Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpasını dəstəklədiyini deyib.
XİN başçılarının görüşü mətbuata qapalı baş tutub. Diplomatlar ikitərəfli əlaqələrin inkişafı və digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
"Xüsusi nümayəndələrimiz 2 dəfə görüşüblər. Məmnuniyyətlə demək istəyirəm ki, biz Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərməkdəyik. Regionda sülhün olması hər birimizin xeyrinədir. Erməni həmkarım ilə bu mövzuda danışdım", - M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bundan başqa, A.Mirzoyan Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla da bir araya gəlib. /Report/