Bakı-İstanbul reysi ləğv edildi
    • 12-03-2022, 18:30
    • 2 954

Bakı-İstanbul reysi ləğv edildi

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

News24.az bu barədə AZAL-a istinadən xəbər verir.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun mhaəsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.