-
- 13-03-2022, 10:34
- 2 211
Antalyada “Parlament diplomatiyası” mövzusunda dəyirmi masa keçirildi
Antalya Diplomatiya Forumu çərçivəsində “Parlament diplomatiyası” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan geniş tərkibdə iştirak edib.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, dəyirmi masada Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi, Ümumdünya Elmlər Akademiyasının fəxri professoru və Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Asəf Hacıyev, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyası yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Ramil Həsən, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyev və başqaları mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, ənənəvi diplomatiyanı tamamlayan parlament diplomatiyası milli ehtiyac ilə gözləntilərin və digər parlamentlərin nailiyyətlərinin daha geniş perspektivdən qiymətləndirilməsinə imkan verməklə problemlərin həlli yollarını tapmağı hədəfləyir.
Müzakirələrdə parlamentlər arasında ikitərəfli və çoxistiqamətli əməkdaşlıq əlaqələri, parlament diplomatiyasının inkişafı baxımından mühüm amil kimi dəyərləndirilib.
Azərbaycan təmsilçilərinin Milli Məclisin fəaliyyəti, deputatlarımızın beynəlxalq parlament diplomatiyası mühitində fəal iştirakı, bu sahədə əldə olunan uğurlar, həmçinin Yeni Azərbaycan Partiyası deputatlarının beynəlxalq təşkilatlardakı təmsilçiliyi barədə məlumatları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.