Ramazan ayının başlama tarixi açıqlandı - TƏQVİM
    • 14-03-2022, 17:43
    • 1 653

Ramazan ayının başlama tarixi açıqlandı - TƏQVİM

2022-ci ildə Ramazan ayının başlama tarixi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin 2022-ci il Miladi təqvimində qeyd edilib.

Bu il Ramazan ayı aprel ayının 2-nə təsadüf edəcək.

Qədr gecələri aprelin 19, 21, 23 və 27-nə təsadüf edəcək. Ramazan bayramı isə mayın 2-3-də olacaq.