Astara məktəblisi dünyaca məşhur universitetin TƏQAÜDÜNÜ QAZANDI
    • 15-03-2022, 13:04
    • 1 235

Astara məktəblisi dünyaca məşhur universitetin TƏQAÜDÜNÜ QAZANDI

Astara məktəblisi təqaüdlə dünyanın top universitetini qazandı 

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb. 

Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub. 

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb. 

Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.