-
- 17-03-2022, 20:20
- 1 867
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı başa çatdı - FOTOLAR
Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının son günü baş tutub.
News24.az xəbər verir ki, çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparıblar.
Çempionatın ikinci günündə gənclər və böyüklər arasında ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib.
Qaliblər halqa, top, gürzlər və lentlə hərəkətlərdə müəyyənləşib.
Halqa ilə hərəkətlərdə Arzu Cəlilova (32,650 xal) qızıl, Zöhrə Ağamirova (31,300 xal) gümüş, İlona Zeynalova (26,100 xal) bürünc medal qazanıb.
Topla hərəkətlərdə Zöhrə Ağamirova (34,000 xal) qızıl, Arzu Cəlilova (30,850 xal) gümüş, İlona Zeynalova (29,750 xal) bürünc medala sahib olub.
Gürzlərlə hərəkətlərdə Alina Gözəlova (28,100 xal) qızıl, Zöhrə Ağamirova (27,500 xal) gümüş, Arzu Cəlilova (26,700 xal) bürünc medal qazanıb.
Lentlə hərəkətlərdə Zöhrə Ağamirova (32,300 xal) qızıl, Arzu Cəlilova (29,000 xal) gümüş, Kamilla Əliyeva (25,050 xal) bürünc medal qazanıb.
FOTOLAR: Teymur Məmmədov