Zelenski və Makron arasında telefon danışığı oldu - FOTO
    • 18-03-2022, 01:40
    • 1 278

Zelenski və Makron arasında telefon danışığı oldu - FOTO

Fransa Prezidenti Emmanuel Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

News24.az xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter"də paylaşım edib.

“Fransa Prezidenti Emmanuel Makronla dialoq davam edib. Rusiya təcavüzünə qarşı mübarizədə, xüsusən də müdafiə sahəsində ukraynalılara dəstəyi müzakirə olundu. Sülh dialoqunun davam etdirilməsi vurğulandı. Biz müharibə əleyhinə koalisiyanı gücləndirməliyik. Rusiyanı dayandırın”, - Zelenski yazıb.