Xaçmazda əcnəbi vətəndaşı hədələyən şəxs tutuldu
    • 18-03-2022, 11:45
    • 857

Xaçmazda əcnəbi vətəndaşı hədələyən şəxs tutuldu

Xaçmazda əcnəbi vətəndaş bıçaqla hədələnib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə martın 11-də Çaxçaxlı kəndi ərazisində bir nəfərin əcnəbi vətəndaşı bıçaqla hədələyib pul tələb etməsi, quldurluq yolu ilə cibində 820 manatı olan gödəkcəsini alması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılıb.