Qubada dələduzluq edən 3 əcnəbi ƏLƏ KEÇDİ
    • 23-09-2019, 16:50
    • 776

Qubada dələduzluq edən 3 əcnəbi ƏLƏ KEÇDİ

Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini V.Hüseynova sentyabrın 20-də işlədiyi mağazaya gəlmiş 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.