Umayra Tağıyeva: "Hazırda ölkədə atmosfer havasının keyfiyyəti norma daxilindədir"
    • 18-03-2022, 17:23
    • 1 641

Umayra Tağıyeva: "Hazırda ölkədə atmosfer havasının keyfiyyəti norma daxilindədir"

Abşeron yarımadasında il ərzində müxtəlif fəsillərdə bir neçə qəsəbədə atmosfer havasının çirklənməsi ilə əlaqədar monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

News24.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, monitorinqlər aprel-may aylarında həyata keçiriləcək və nəticələri barədə də ictimaiyyətə geniş məlumat veriləcək: "Hazırda ölkədə atmosfer havasının keyfiyyəti norma daxilindədir. Bu da yağışlı hava dövrünün davam etməsi ilə bağlıdır”.

U.Tağıyeva bildirib ki, qış dövründə monitorinqlər bitib: “Buzovna, Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran, Fatmayi, Mehdiabad, Novxanı, Şıxovda çirklənmə yol verilən qatılıq həddindən yüksək olmayıb. Ən az dəm qazı çirklənməsi Şüvəlanda, Bilgəhdə və Nardaranda müşahidə olunub. Tozun miqdarı ən az Buzovna, Şüvəlan və Mehdiabadda qeydə alınıb”.