Ölkəmizdə qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək
    • 20-03-2022, 01:30
    • 1 431

Ölkəmizdə qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.