Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib
    • 5-12-2018, 18:51
    • 919

Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Kayserispor" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Klubun saytında xəbər verilir ki, komanda Hikmət Karamana tapşırılıb. 
58 yaşlı mütəxəssis bu postda Ertuğrul Sağlamı əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələlik məlum deyil.
Qeyd edək ki, "Kayserispor" Türkiyə Super Liqasında 14 turdan sonra 12xalla 17-ci pillədə qərarlaşıb. Hikmet Karaman 2004-2005 mövsümündə də bu komandaya rəhbərlik edib. 

//Report