Füzulidə 26 yaşlı gənc minaya düşüb
    • 23-03-2022, 13:43
    • 1 822

Füzulidə 26 yaşlı gənc minaya düşüb

Füzulidə mülki şəxs minaya düşüb.

News24.az-ın xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.