-
- 6-12-2018, 11:04
- 668
“CNN arabic” telekanalının internet saytında Haçadağla bağlı məqalə yerləşdirilib
Dünyanın aparıcı media qurumlarından olan “CNN arabic” telekanalının rəsmi internet saytında “Azərbaycanda zirvəsi iki hissəyə parçalanmış İlanlı dağ və onun Haçadağ adlandırılmasının səbəbi” sərlövhəli məqalə yerləşdirilib.
Yaxın Şərqdəki ərəbdilli ölkələrdə milyonlarla insan tərəfindən izlənilən bu kanalın saytında son zamanlar ölkəmizin zəngin tarixi, mədəniyyəti, adət-ənənələri, mətbəxi və turizm potensialı haqqında silsilə məqalələr dərc edilir. Naxçıvanın simvolu sayılan Haçadağla bağlı məqalə də media qurumunun “Twitter” sosial şəbəkəsindəki səhifəsində milyonlarla izləyicinin marağına səbəb olub.
Fotoşəkillərlə müşayiət olunan məqalədə Haçadağ Naxçıvan Muxtar Respublikasının əsas simvollarından biri və sirli-sehrli məkan kimi təqdim edilib, bu dağ barədə yaranmış əfsanələr diqqətə çatdırılıb. Dağın əsas gücü yaxşı insanları pis insanlardan və şər qüvvələrdən qoruması kimi dəyərləndirilib. Vurğulanıb ki, Dünya Tufanı zamanı Nuhun gəmisi dağa toxunub və bu zaman onun zirvəsi iki hissəyə ayırılıb. Bundan sonra Haçadağ adlandırılıb. Nuhun gəmisi Haçadağdan 100 kilometr aralıda yerləşən daha yüksək dağın ətəyində lövbər salıb. Bütün bunlar isə Haçadağın müqəddəsliyini və tarixi əhəmiyyətini artırır.
Məqalənin sonunda Naxçıvana səyahət etmək istəyənlərə Haçadağın gözəlliyini və mənzərəsini seyr etmək üçün yaxınlıqdakı qədim tarixə malik, iki min pillədən ibarət zirvəyə çıxaraq Əlincə qalasını da ziyarət etmək tövsiyə olunur.
//AZƏRTAC