Qazaxda dəhşətli ölüm hadisəsi: Zibil yığan maşından yıxılaraq altında qaldı
    • 23-03-2022, 15:54
    • 1 930

Qazaxda dəhşətli ölüm hadisəsi: Zibil yığan maşından yıxılaraq altında qaldı

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az-ın xəbərinə görə görə, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şəhərin Bakı küçəsində baş verib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.