İlham Əliyev Yunanıstan Prezidentini təbrik etdi
    • 24-03-2022, 13:35
    • 2 023

İlham Əliyev Yunanıstan Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Yunanıstan Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".