Azərbaycanda dəhşətli sevgi dramı - Gənc qız və oğlan intihar etdi
    • 24-03-2022, 18:50
    • 1 986

Azərbaycanda dəhşətli sevgi dramı - Gənc qız və oğlan intihar etdi

Ötən gün Neftçalada intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Vətən Müharibəsi iştirakçısı Cəngan kəndində yaşayan 1999-cu il təvəllüdlü Cəfərov İmamməddin Qulam oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.

Yaxınlarının bildirdiyinə görə, bir müddət əvvəl İmamməddinin sevdiyi qız intihar edib. Bundan sonra o, ağır depressiya keçirib və psixoloji sarsıntı yaşayıb. Sevdiyi qızın yoxluğuna dözməyən gənc daha sonra öz həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.