Yevlax sakini narkotikə görə həbs edildi
    • 25-03-2022, 11:34
    • 1 932

Yevlax sakini narkotikə görə həbs edildi

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Baloğlan Məmmədov saxlanılıb. B.Məmmədovun üzərindən və əlindəki sellofan torbadan satış məqsədi ilə qablaşdırdığı metamfetamin, heroin, marixuana, həmçinin elektron tərəzilər aşkar edilərək götürülüb.
 
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və B.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.