Yevlaxda narkotacirlər tutulub - FOTO
    • 22-03-2022, 11:20
    • 1 769

Yevlaxda narkotacirlər tutulub - FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar. R.Cəfərovun evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

T.Rəcəbovun evinə baxış keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən də külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.