-
- 6-12-2018, 12:03
- 1 268
Deputatlardan başı əri tərəfindən qırxılan qadın olayına münasibət - FOTO
Xəbər verdiyimiz kimi, ər ona xəyanət edən həyat yoldaşının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb.
Bu hadisə sosial şəbəkələrdə və KİV-də müzakirə mövzusuna çevrilib. Bununla bağlı açıqlama verən deputat Aqil Abbas bildirib ki, qadın həyat yoldaşına xəyanət edirsə, bu görüntülərin yayılması düzgün deyil: “Mən ziyalı adamam, bu cür şeylər haqqında necə danışa bilərəm. Arvadın xəyanət edir, kişisənsə get boşa. Sən onu bu cür vəziyyətə sal, videosu çəkib yay, anan da görüntüləri efirə versin. Mən KİV-də bu cür milli dəyərlərimizə zidd hadisələrin şişirdilib, yayılmasının əleyhinəyəm. Biz azərbaycanlıyıq. Özümüzün milli dəyərlərimiz var. Onu ləkələmək olmaz”.
Deputat Fazil Mustafa qeyd edib ki, qadına işgəncə verilərək videosunun çəkib yayılması açıq-aşkar hüquq pozuntusudur: “İnsanın iradəsinə zidd, mənfi fikir formalaşdırmaq üçün belə bir təbliğat aparmaq kriminal hal sayılır. Buna görə də məsuliyyət təyin olunur. Sosial şəbəkə başlı-başına deyil ki, kimsə xəyanət və ya digər bir ad altında bu cür təhqir edəsən. Boşana və ya digər bir hüquqi yollara baş vurmaq olar. Qanundan kənara çıxıb, insan iradəsinə zidd mənəvi xəsarət vurmaq yanlışdır. Buna da qarşı hüquqi bir cəzası verilməlidir”.
//Big.az