Suqovuşanda silah-sursat aşkarlandı
    • 28-03-2022, 13:03
    • 845

Suqovuşanda silah-sursat aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar edilib.

Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.