Küləkli hava bu tarixə qədər davam edəcək - AÇIQLAMA
    • 28-03-2022, 14:03
    • 960

Küləkli hava bu tarixə qədər davam edəcək - AÇIQLAMA

“Bakıda və Abşeron yarımadasında bu gün və sabah küləkli hava şəraiti davam edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək, axşam saatlarında isə mülayimləşəcək”.

Bunu News24.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Direktor bildirib ki, 29 martdan etibarən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq: “Cənub-qərb küləyinin əsməsi ilə əlaqədar temperatur bir qədər yüksələcək. Bu gün Bakıda və Abşeron yarımadasında 9 dərəcə isti hava var. Sabah isə 8,13 dərəcə isti gözlənilir. 30 martda da cənub-qərb küləyinin arabir güclənməsi gözlənilir. Rayonlarda da küləkli hava şəraiti yaxın iki gün ərzində davam edəcək. 30 marta qədər küləkli hava şəraiti hökm sürəcək”.