Daha bir “Toyota Prius” ağır qəza törətdi – VİDEO
    • 29-03-2022, 15:04
    • 2 407

Daha bir “Toyota Prius” ağır qəza törətdi – VİDEO

Taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobillərin mütəmadi olaraq yol qəzalarına səbəb olması halları baş verib.

News24.az-ın məlumatına görə, daha bir belə qəza dünən Abşeron rayonu ərazisində baş verib.

Belə ki, Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində - “Riyad” ticarət mərkəzinin önündə idarəetmədən çıxan “Toyota Prius” qəza törədib. Nəticədə yolun köməkçi hissəsində tıxac yaranıb. Avtomobil isə tam yararsız vəziyyətə düşüb.

Hadisə yerindən çəkilən videonu təqdim edirik.