Bakıda daha bir “Prius” dəhşətli qəza törətdi – FOTO
    • 13-12-2021, 11:55
    • 1 020

Bakıda daha bir “Prius” dəhşətli qəza törətdi – FOTO

Bakı şəhərinin Xətai rayonunda gecə saatlarında ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Nobel prospektində “Toyota Prius” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi yolun ortasındakı işıqlandırma dirəklərinə çırpılıb. Zərbənin gücündən metal dirək yola aşıb.

Hadisə nəticəsində 2 nəfərin ağır xəsarət aldığı bildirilir. 

Qeyd edək ki, əsasən taksi xidmətində istifadə edilən “Toyota Prius”lar tez-tez qəza törədirlər.