Azərbaycan samboçusu dünya çempionatının bürünc medalını qazanıb
    • 6-12-2018, 14:35
    • 1 166

Azərbaycan samboçusu dünya çempionatının bürünc medalını qazanıb

Sambo üzrə Serbiyanın Novi Sad şəhərində keçirilən kadetlər arasında dünya birinciliyində Azərbaycan idmançısı üçüncü yer tutub.

Azərbaycan yığmasının baş məşqçisi Bəxtiyar Hacıyev bildirib ki, çempionatda 78 kiloqram çəki dərəcəsində mübarizə aparan Adil Adilzadə bürünc medala layiq görülüb.
Dekabrın 3-də start götürən dünya birinciliyinə bu gün yekun vurulacaq. Azərbaycan dünya çempionatında üç samboçu ilə qatılıb.

//AZƏRTAC