Böyük Britaniya Ukraynaya dəstəyin yeni mərhələsinə keçir - Öldürücü silahlar və...
    • 30-03-2022, 11:28
    • 857

Böyük Britaniya Ukraynaya dəstəyin yeni mərhələsinə keçir - Öldürücü silahlar və...

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanı daha çox öldürücü silahla təmin etmək istəyir.

News24.az "The Times"a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın vəziyyəti daha da pisləşdirə biləcəyi ehtimalıdır. 

Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin nazirlərə məlumat verərək bildirib ki, hazırda Ukrayna Rusiya qüvvələrinə qarşı vuruşmaq cəhdindən əraziləri əlində saxlamağa və geri qaytarmaq mərhələsinə keçib. 

Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya dəstəyin yeni fazasına qədəm qoyur və hökumət onun hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir: "Ukrayna ordusu təkcə iri şəhərləri saxlamır, rusları geri çəkilməyə məcbur edir. Buna görə də, dəstəyimiz də dəyişməlidir".