Britaniya Rusiyanın beş bankına qarşı sanksiya tətbiq etdi
    • 22-02-2022, 17:07
    • 574

Britaniya Rusiyanın beş bankına qarşı sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiyanın beş bankına qarşı sanksiya tətbiq edib.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə parlamentdə baş nazir Boris Conson bildirib.

Bundan başqa, sahibkarlar Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivləri dondurulacaq.

O, həmçinin Avropanın Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi hücumuna hazırlaşmalı olduğunu deyib və ən pis halda 44 milyon əhalisi olan Avropa ölkəsi əsassız təcavüzün hədəfinə çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Baş nazir hər kəsi mövcud böhrandan sülh yolu ilə çıxışmağın yollarını tapmağa çağırıb.