-
- 30-03-2022, 11:49
- 935
Kartof - soğanın qiyməti niyə bahalaşıb? - AÇIQLAMA
"Azərbaycanda son illər kartof istehsalında artım dinamikası var. Hər il bu artımlar davam edir. İl ərzində 1 milyon 37 min ton kartof yetişdirilib və onun 189 min tonu idxal edilib. Təqribən il ərzində istifadə olunan kartofun həcmi 831 min tondur. İxrac edilən kartofun həcmi isə 2021-ci il üçün 81 418 tondur. Bir sözlə, həm ixrac, həm də idxal edirik. Lakin idxal ixracdan daha çoxdur".
Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanda məhsul istehsalı 2021-ci il də artsa da, idxaldan asılı olub: “Son ildə İrandan 360 min, Rusiyadan isə 43 min ton məhsul idxal edilib. Eyni zamanda da 55 800 ton məhsul Rusiyaya idxal olunub. Rəqəmlərə nəzər saldıqda aydın olur ki, biz hələ də idxaldan asılıyıq. Nəticədə Azərbaycanda daxili bazar qiymətlərinin formalaşmasında idxal faktoru böyük rol oynayır.”
Ekspertin sözlərinə görə, kartof və soğanın bahalaşması məhsul yığımı ilə əlaqədardır: “İndi yeni kartof yığılır. Havanın soyuq keçməsi kartof yığımını çətinləşdirir və məhsulun yığımında problem yaradır. Nəticədə insanlar məhsulu baha qiymətə satmağa çalışır. Adətən mart ayında kartof yığımı başladığına görə, yeni kartofun qiyməti köhnə kartofun qiymətinə nisbətən baha olur. Burada mövsümlə əlaqədar kartofun indiki qiyməti formalaşır”.
Xalid Kərimli onu da bildirib ki, hazırda ötən ilin əvvəlindən kommunal qiymətlərin: su, dizel və qazın qiymətində artımının olduğunu vurğulayıb: “Dünya enerji bazarında baş verən proseslərə görə Azərbaycanda bu xidmətlərin qiymətlərinin qalxması əvvəlki xərclərlə məhsulu istehsal etməyi mümkünsüz edir. Bununla yanaşı, insanların gündəlik xərcləri ötən illə müqayisədə bu il 11 % , ərzaq qiymətləri 17 % - dən çox artıb. Fermerlər də artan qiymətləri öz qazancı ilə qarşılamaq məcburiyyətində qalır. Bu səbəbdən qiymətlərin əvvəlki illərdəki kimi olacağını gözləmək mümkün deyil. Ümumiyyətlə, bütün ərzaq məhsulları bahalaşıb və bahalaşma hələ də davam edir. Ona görə də həm xərclərin, həm inflyasiyanın artması, həm də mövsümlə əlaqədar ortaya çıxan problemlər kartof bazarındakı qiymətləri təyin edir. Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın kartof bazarına ciddi təsiri yoxdur”.
Şahnun Qasımova