Abşeronda 16 min abunəçinin qazı kəsildi
    • 30-03-2022, 12:15
    • 731

Abşeronda 16 min abunəçinin qazı kəsildi

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

Bu barədə News24.az-a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Haı-hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.