-
- 30-03-2022, 14:52
- 1 925
"Əlimizdə kitab var, amma çap edə bilmirik" - Azərbaycanda kağız qıtlığı
Artıq bir neçə gündür sosial şəbəkələrdə ölkədəki A4 formatlı kağızların qiymətlərinin artımı ilə bağlı ciddi müzakirələr gedir. Əvvəllər bu kağızlar 4-5 manata satılırdısa, hazırda həmin qiymət 9-10 manat təşkil edir. Bahalaşmanın səbəbini isə bir çox insanlar Rusiya-Ukrayna müharibəsi, yerli istehsalın olmaması ilə əlaqələndirir.
Məsələ ilə bağlı News24.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli münasibət bildirib. O qeyd edib ki, printer üçün nəzərdə tutulan kağızlar Azərbaycanda istehsal olunmur: "Biz daha çox xaricdən, idxaldan asılıyıq. Ölkəyə gətirilən kağızlar da Rusiya və Ukraynadan idxal olunurdu. Lakin indi Rusiyada istehsalla bağlı problem yaranıb. Bunun da iki səbəbi var. Birinci səbəb sanksiyalarla bağlıdır, Rusiya kağızın istehsalında istifadə olunan kimyəvi maddələri Finlandiyadan alırdı. Amma Finlandiya sanksiyalara qoşulduğu üçün həmin kimyəvi maddələr Rusiyaya gətirilmir. Bu səbəbdən də Rusiyada da A4 kağızın qiyməti 4 dəfə bahalaşıb. Muharibə vəziyyəti olduğuna görə, Ukraynada da kağız istehsalı dayandırılıb".
Ekspert məktəb ləvazimatların iyul-avqust aylarında bahalaşacağını və bu səbəblərin Azərbaycanın iqtisadi artım tempinə ciddi mənfi təsir göstərəcəyini deyə qeyd edib : "Kağız məhsuluna ciddi təlabat yaranarsa, başqa ölkələrlə müqavilə imzalamalı olacağıq. Hazırda bununla bağlı Türkiyə ilə danışıqlar gedir. A4 kağızının Azərbaycana idxal olunması ilə əlaqədar ola bilsin yaxın gələcəkdə müqavilələr yenilənsin. Həmçinin Çin dövləti ilə də müqavilələrin yenilməsinə ehtiyac var. Bu zaman Türkiyə və Çindən alternativ olaraq həmin kağızaların gətirilməsi mümkün olacaq. Nəticədə qiymət artımında azalma ola bilər".
"Belə davam edərsə, kitab nəşrində ciddi problemlər yaranacaq". Bu fikirləri isə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu News24.az-a açıqlamasında bildirib.
Qeyd edib ki, yalnız A4 formatlı kağızların deyil, bütün növ kağızların qiyməti artıb: "3-4 ay əvvəl 1300, 1400 manata olan kağızın qiyməti indi 2000 manata olub. Qiymət artımının ən böyük səbəbi Rusiya və Ukrayna müharibəsi ilə bağlıdır. Bu səbəbdən də Azərbaycanda da bu qiymətlər kəskin şəkildə artıb. Belə davam edərsə, kitab nəşrində ciddi problemlər yaranacaq. Hazırda əlimizdə kitab var, amma onu çap etməyə kağız yoxdur. Yəqin zamanla kitab nəşrində azalma olacaq. Yəni, kağız yoxdursa, kitab necə nəşr oluna bilər?!".
Şahnun QASIMOVA