Türkiyədə Koroğluya heykəl qoyulacaq – Hündürlüyü 30 metr, ağırlığı 40 ton
    • 6-12-2018, 16:00
    • 1 564

Türkiyədə Koroğluya heykəl qoyulacaq – Hündürlüyü 30 metr, ağırlığı 40 ton

Türkiyənin Bolu şəhərində Koroğlu abidəsi qoyulacaq.

Hündürlüyü 30 metr, ağırlığı 40 ton olan heykəlin böyük hissəsi Qazaxıstanda düzəldilərək Türkiyəyə gətirilib.

Yaxın zamanlarda abidənin açılışının olacağı gözlənilir.

Abidə Boluda 16 türk dövlətinin mədəni mirasını əks etdirən abidə Benəlxalq Türk Dünyası Koroğlu parkında qoyulacaq.
Qeyd edək ki, Boludakı parkın inşasına 2016-cı ildə başlanılıb.

Koroğlunun heykəli Qazaxıstanın paytaxtı Astana şəhərində hazırlanıb. Abidəni Boluya 17 TIR avtomobili 5 gün ərzində gətirib.

Abidənin açılış mərasiminin Beynəlxalq Koroğlu Festivalında keçirilməsi nəzərdə tutulur.




//Avropainfo.az