-
- 31-03-2022, 22:45
- 1 762
Firuzə İbadova "Təsir Dairəsi"ndə illərlə gizlətdiyi faktı AÇIQLADI- VİDEO
Əməkdar artist, tanınmış müğənni Firuzə İbadova 2010-cu ildə ağır xəstəlik keçirməsi ilə bağlı illərlə gizli saxladığı sirrini bölüşüb.
News24.az xəbər verir ki, Xəzər TV-nin "Təsir Dairəsi" verilişində qonaq olan müğənni həmin il ağır xəstəlik keçirdiyini, bədəninin bir hissəsinin iflic olduğunu, uzun müddət nitq qabiliyyətini itirdiyini deyib.
Başına gələnlərlə bağlı sənət aləmindən yalnız Cavanşir Məmmədov və Aybəniz Haşımovanın məlumatlı olduğunu deyən F.İbadova, həmin müğənnilərin ona böyük dəstək verdiklərini də əlavə edib:
"Mənim başıma gələnlərdən heç kimin xəbəri yox idi, mətbuat da bu barədə bilmədi. Əməkdar elm xadimi, Şöhrət ordenli Əlişir Vəliyev məni müalicə etdi, Allah ona rəhmət eləsin. Bədənimin bir hissəsi qurumuşdu, danışa bilmirdim, nə isə istəyəndə həmin şeyi kağızda yazıb verirdim. Həmin vaxt anam və ailəm çox böyük stress yaşadı, bunları ilk dəfədir açıqlayıram".