Bakının 545 küçəsi yuyuldu
    • 2-04-2022, 17:15
    • 2 942

Bakının 545 küçəsi yuyuldu

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq, yaz mövsümü ilə əlaqədar bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi keçirilib.

Bu barədə News24.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Daxili iməclikdə BŞİH-in strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Məlumatda qeyd olunub ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.