Hərbi Prokurorluq: "Hərbi qulluqçunun döyülməsi araşdırılır"
    • 6-04-2022, 10:38
    • 713

Hərbi Prokurorluq: "Hərbi qulluqçunun döyülməsi araşdırılır"

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə News24.az-a Hərbi Prokurorluğun Mətbuat Xismətindən məlumat verilib.

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.