Prokurorluq nəşi tapılan daha bir əsgərlə bağlı rəsmi açıqlama yaydı
    • 4-06-2021, 15:56
    • 416

Prokurorluq nəşi tapılan daha bir əsgərlə bağlı rəsmi açıqlama yaydı

Hərbi prokurorluq Vətən Müharibəsi zamanı itkin düşən daha bir əsgərin nəşinin tapıldığını açıqlayıb.

Prokurorluqdan News24.az-a verilən məlumata görə, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu,  əsgər Verdiyev Eldəniz Rabil oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Qeyd edək ki, Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.