-
- 8-04-2022, 18:51
- 545
Gülü: “Axşam Rəmişin də yerini açıram” - VİDEO
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) “Həmin Zaur” verilişinə açıqlama verib.
News24.az xəbər verir ki, Gülşən Hüseynova aprelin 5-də Rəmişin vəfatından 1 il ötməsindən danışıb:
“Axşam yerimi açanda hərdən çaşıb, onun da yerini açıram. Sonra deyirəm ki, axı o yoxdur. Yorğanı niyə ora qoydum? Köynəyini hələ də oturacaqdan asıram. Yuxuda hansı rəngdə köynəkdə görürəmsə, onu asıram. Ona görə də paltarlarını, kostyumlarını evdə saxlamışam, heç kimə vermirəm. Deyirəm, bəlkə nə vaxtsa qayıdıb geyinər”.
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov ötən il koronavirusdan vəfat edib.