ÖZƏL: Xalq artisti Arif Babayev əməliyyat olunub
    • 21-12-2018, 20:32
    • 2 232

ÖZƏL: Xalq artisti Arif Babayev əməliyyat olunub

Xalq artisti, professor Arif Babayev belindən əməliyyat olunub.

News24.Az-a daxil olan məlumata görə, əməliyyat 2 gün əvvəl Mərkəzi Kliniki Xəstəxanada baş tutub. Xalq artistinin əməliyyat olunması üçün dövlət xətti ilə Türkiyənin Acıbadem xəstəxanasından xüsusi həkim gətizdirilib.

Hazırda səhhəti normal olan A. Babayev mütəmadi olaraq həkim nəzarətindədir. Xalq artistinin sənət dostları, tələbələri hər gün xəstəxanaya onu yoluxmağa gəlirlər.

News24.Az