-
- 9-04-2022, 11:58
- 344
Sürücülərin yolda mübahisəsi ölümlə nəticələndi - Yeniləndi
Aprelin 8-də saat 19 radələrində Şəmkirin Qədimqala kəndində qətl törətmiş şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, Şəmkir şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla Daşkəsən sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Şəmkir Rayon Prokurorluğundan News24.az-a bildirilib ki, aparılmış araşdırmalarla hadisənin yolda mübahisə səbəbindən baş verdiyi məlum olub.
Belə ki, Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etdiyinə görə onların aralarında mübahisə yaranıb. Bu zaman R.Bağırovun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.