Şəmkirdə sürücülərin manevr davası ölümlə bitdi
    • 9-04-2022, 13:51
    • 399

Şəmkirdə sürücülərin manevr davası ölümlə bitdi

Şəmkirdə sürücülərin ölümlə nəticələnən mübahisəsi ilə bağlı cinayət işi açılıb.

News24.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.