"Xaç atası" filmi haqda bir neçə fakt - FOTOLAR - VİDEO
    • 7-12-2018, 15:37
    • 4 867

"Xaç atası" filmi haqda bir neçə fakt - FOTOLAR - VİDEO

News24.Az bu gündən "Kino-fakt" adlı yeni layihəyə start verir.

Layihə çərçivəsində dünyanın məşhur filmlərindən maraqlı faktları oxucu və izləyicilərimizin diqqətinə çatdıracağıq. İlk olaraq, dünyaca məşhur "Xaç atası" trilogiyası haqda bir neçə faktı diqqətinizə çatdırırıq.

1. Kinolayihə təstiq olunan zaman Paramount studiyası, çəkilişə Marlon Brandonun cəlb olunmaması haqqında tələb irəli sürmüşdü. Həmin zamana qədər, aktyor çəkiliş meydançasındakı mənfi hərəkətləri və spirtli içkilərə görə yaşadığı problemləri ilə tanınırdı. Xaç atası obrazı üçün bir neçə namizəd olsa da, bu rolun öhdəsindən ən yaxşı məhz Brando gəlmişdi. Beləliklə studiya bu faktla razı olmaq məcburiyyətində qalmışdı.

2.Filmdə portağal ölüm simvoludur, çünki kadrda portağal görünəndən bir neçə an sonra kimsə ölür.

3.Əsərin kitab versiyasında Maykl və Key Karleonenin 2 oğlu, filmdə isə 1 oğlu və 1 qızı var.

4.Amerika Kino İnstitutunun(AFI) versiyasına görə, film qanqsterlər haqqında çəkilmiş 10 ən  yaxşı film arasında 1-ci yerdə gəlir. 5.2006-cı ildə filmin eyni adlı kompüter oyunu çıxmışdı. 6.Çəkiliş zamanı Brando xüsusi ağız qoruyan(kapa) taxırdı ki, çənəsi buldoq çənəsi kimi görünsün.

Hazırladı: Səməd AĞAYEV