-
- 9-04-2022, 14:13
- 795
Tərtərdə çobanın minaya düşməsi ilə bağlı araşdırmalar başladı
Prokurorluq Tərtər rayonu ərazisində Goranboy rayonu sakininin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, 1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlunun Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı ilə məşğul olan zaman piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, Tərtər rayonu ərazsində qoyun otaran 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Həsənqaya kəndi ərazisində minaya düşüb. O xəstəxanaya yerləşdirilib və hər iki ayağı amputasiya olunub.\Trend\