Aleyna Tilkinin vəkilindən ilk açıqlama
Gündəm
Xəbər verdiyimiz kimi, Aleyna Tilki də daxil olmaqla bir sıra türkiyəli məşhurlar saxlanılıb.
News24.az xəbər verir ki, bu proseslə bağlı Aleyna Tilkinin vəkili Ayşegül Mermer Vilayət Jandarma Komandanlığının qarşısında mətbuata açıqlama verib. Vəkil bildirib ki, Aleyna Tilki istintaq çərçivəsində nəzarətə götürülüb və aparılan axtarışlar zamanı onunla bağlı hər hansı ittihamedici sübut aşkarlanmayıb.
Ayşegül Mermer əlavə edib ki, hazırda təsdiqlənmiş başqa rəsmi məlumat yoxdur və ictimaiyyətə yalnız dəqiqləşdirilmiş məlumatlar təqdim ediləcək. O həmçinin təqsirsizlik prezumpsiyasına hörmət olunmasının vacibliyini vurğulayıb.