“Kiyevə xoş gəldin, dostum!”
    • 9-04-2022, 22:26
    • 467

“Kiyevə xoş gəldin, dostum!”

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfəri ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, Zelenski Feysbuk səhifəsində Consonla fotolarını paylaşıb.

“Birləşmiş Krallığın Baş naziri Boris Conson Rusiya işğalının ən prinsipial rəqiblərindən biri, Rusiyaya sanksiya təzyiqi və Ukraynaya müdafiə dəstəyində liderdir. Kiyevə xoş gəldin, dostum!”.