-
- 11-04-2022, 12:16
- 394
Qadınları fahişə kimi satan Məstana cinayət işi açıldı
Azərbaycanda qadınları fahişəliyə cəlb edən və onların kişi cinsinə mənsub şəxslərlə müxtəlif ünvanlarda görüşlərini təşkil edən Məstan Dadaşova adlı qadın saxlanılıb.
News24.az-ın məlumatına görə, M.Dadaşova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı onun müxtəlif ünvanlarda 3 qadını ayrı-ayrı şəxslərlə pul qarşılığında görüşlərini təşkil etməsi və bu əməllərə görə pul qazanması müəyyən edilib.
Həmin qadınlar cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Cinayət işinin ibtidai istintaqı artıq başa çatıb və materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin yekununda Məstan Dadaşovanın cəzası məlum olacaq.