-
- 11-04-2022, 13:35
- 425
Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması araşdırılır
Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılan məlumat Ombudsman tərəfindən araşdırılır.
News24.az xəbər verir ki, bunu Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva deyib.
O bildirib ki, Gəncə şəhər və Ağdaş rayon sakini olan yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb:
"Məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən aidiyyatı qurumlarla, həmçinin uşaqların ailə üzvləri ilə əlaqə saxlanılıb, onların səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib, ailə ilə maarifləndirici söhbət aparılıb. Hər iki məsələnin araşdırılması və həmin şəxslərin hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə zəruri addımlar atılacaq" - o deyib /APA/